Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə Ərəbistanında kralın varisi dəyişdi – VİDEO

İyun 21
16:52 2017

Səudiyyə Ərəbistanının kralı Salman bin-Əbdül Əziz əl-Səud çərşənbə axşamı Məkkə şəhərində yerləşən “əs-Səfa” qəsrində təravih namazını qıldıqdan sonra varis şahzadəni dəyişib. Belə ki, Muhəmməd bin-Naif əl-Səudun yerinə 31 yaşlı şahzadə, kralın oğlu Muhəmməd bin Salman əl-Səud təyin edilib və kral şura üzvlərini ona beyət etməyə dəvət edib.

Muhəmməd bin-Salman əl-Səud həm də baş nazirin birinci müavini təyin olunub. Varis şahzadə əvvəlki kimi krallığın müdafiə naziri vəzifəsini də icra edəcək.

Muhəmməd bin-Naif əl-Səud həm də baş nazirin birinci müavini və daxili işlər naziri vəzifələrindən də azad olunub.

Bu qərar ölkənin bütün qurumları tərəfindən xoş qarşılanıb. Ölkənin ali dini qurumu sayılan “Böyük Alimlər Heyəti” də bu qərarın təqdirəlayiq olduğunu bildirib.

Keçmiş vəliəhd Muhəmməd bin Nayif, yeni vəliəhd Muhəmməd bin Salmana beyət edib, işlərində ona uğurlar arzulayıb. Həmin görüntüləri təqdim edirik.

🎬

Digər xəbərlər