Səudiyyə Ərəbistanında məsciddə partlayış baş verib – VİDEO
Yanvar 29
19:04
2016
1. 059 dəfə baxılıb
Bu gün Səudiyyə Ərəbistanın əl-Əhsa şəhərində cümə namazı qılınan məscidlərdən birində partlayış baş verib.
Cümə namazı əsnasında məscidin önündə keşik çəkən polislər iki nəfər şübhəli şəxsin məscidə yaxınlaşdığını görüb dərhal müdaxilə ediblər. Terrorçulardan biri dərhal məscidin girişində özünü partladıb, digəri isə polislə atışma nəticəsində yaralanaraq sağ ələ keçib. Partlayış nəticəsində 3 nəfərin öldüyü, 7 nəfərin yaralandığı deyilir.
Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!”(“Fətava İbn Baz” 7/120).