Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə Ərəbistanında terror aktı törədilib

Oktyabr 20
18:43 2014

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında silahlılarla atışma zamanı neft borusunda yanğın olub.

İnsident krallığın Şərqi əyalətində baş verib. Məlumata görə, bir qrup silahlı şəxs neft borusunun mühafizəçilərini atəşə tutub. Atışma nəticəsində boruda başlayan yanğın qəza xidmətinin əməkdaşları tərəfindən söndürülüb. Dəyən ziyanın həcmi və hücumun kim tərəfindən törədilməsi barədə məlumat verilmir.

Qeyd edək ki, ötən gün “Ənsərüllah” qruplaşmasının silahlıları Yəmən-Səudiyyə Ərəbistanı sərhədində mühüm “Harad Lend” nəzarət-buraxılış məntəqəsini ələ keçiriblər.

 Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi, mərhum Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120).

Digər xəbərlər