Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə Ərəbistanında xəstəxanada baş verən yanğında 25 nəfər həyatını itirib – FOTO

Dekabr 24
15:25 2015

Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Cizan əyalətində xəstəxanalardan birində güclü yanğın baş verib.

“Sələf Xəbər” “alarabiya.net”-ə istinadən xəbər verir ki, ölkənin mülki müdafiə xidməti cümə axşamı səhər saatlarında baş vermiş yanğın səbəbi ilə 25 nəfərin öldüyü, 107 nəfərin xəsarət aldığı barədə məlumat yayıb.

Yanğının yayılmasının qarşısı alınıb. Xəsarət alan şəxslərin hamısı yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Yanğının hansı səbəbdən baş verməsi müəyyənləşdirilir. Faktla bağlı cinayət işi açılıb.

📷

SAy-2

SAy-3

SAy-4

SAy-5

Sələf Xəbər: Uca Allah buyurur: “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Qurani-Kərim, “Ənbiya” surəsi, 35-ci ayə)

“Ölüm bütün məxluqların nəsibidir. Bu bir piyalədir ki, onu hər kəs, hətta o, uzun ömür yaşasa da belə, içməlidir. Allah-Təala Öz qullarını yerdə xəlq etmişdir, onlara hökmlər və qadağalar nazil etdikdən sonra isə onları xeyir və şərlə, var-dövlət və yoxsulluqla, qüdrət və alçaldılma ilə, həyat və ölümlə imtahana çəkir. Uca Allah buyurur: “Mülk Əlində Olan nə qədər xeyirxahdır. O hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır!” (Qurani-Kərim, “Mülk” surəsi, 1,2-ci ayələr)

Digər xəbərlər