Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə Ərəbistanında yanğın faciəsi – FOTO, VİDEO

Avqust 31
16:34 2015

Səudiyyə Ərəbistanının Əl Huber şəhərindəki neftayırma şirkəti “Saudi Aramco” ofisində yanğın olub.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, dünən səhər saatlarında binanın birinci mərtəbəsində başlanan yanğın qısa müddətdə bütün binaya yayılıb.

Son hesablamalara görə 11 nəfərin öldüyü, 200-dən artıq adamın yaralandığı bildirilir.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin verdiyi açıqlamada ölənlərin sayının 11-ə yüksəldiyi, ən azı 219 nəfərin də yaralandığı qeyd olunur. Nazirlik yaralılardan bəzilərinin sağlamlıq vəziyyətinin kritik olduğunu bildirib.

“Saudi Aramco” şirkəti isə verdiyi açıqlamada, təcili qurtarma qruplarının hadisə yerində işlərini davam etdiyini qeyd edib.

Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zahran şəhərində olan “Saudi Aramco” şirkətinin əksəriyyəti əcnəbilərdən olan 55 min əməkdaşı var.

🎬
📷

58e0eae9-b8f5-47cb-ad24-d79c8df0f013 33cad733-317e-4542-a4cb-726e9ba762bc

Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)
“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nailiyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər