Səudiyyə Ərəbistanından zəvvarlara yenilik
724 dəfə baxılıb
Bu günlərdə Səudiyyə Ərəbistanında yeni istifadəyə verilmiş beynəlxalq hava limanı müxtəlif ölkələrdən gələn qonaqları qəbul edəcək.
“Sələf Xəbər”in ansar.ru-ya istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz ölkəsinə gələn zəvvarlar üçün yeni hava limanının açılışını edib.
Mədinə şəhərində açılan yeni hava limanı 1.2 milyard dollara başa gəlib. Bu layihə Mülki Aviasiya Baş İdarəsi, Tibah Airports Development, Al Rajhi Holding Group, Saudi Oger və TAV Airports Holding şirkətləri ilə birgə həyata keçirilib.
Mülki Aviasiya İdarəsinin prezidenti və Mədinə şəhərinin əmiri Süleyman əl-Həmdanın sözlərinə görə, Mədinə şəhərinə xaricdən gələn sərnişin axını çoxaldığı üçün yeni hava limanının tikilməsi zəruri olub.
Aeroportun açılış mərasimində iştirak edən Səudiyyə Kralı Salman bin Əbdüləziz: “Bismilləhir Rahmənir Rahim” – deyərək, aeroportu fəaliyyətə keçirən düyməni basıb. Kral daha sonra bu sözləri ilə çıxışını tamamlayıb:
“Bu axşam Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) şəhəri müqəddəs Mədinədə sizinlə olduğuma görə qürur duyuram. Biz burada bir çox gözəlliklərlə qarşılaşırıq və bu da bizə bu dövlətin qurucusunu xatırladır!”
Şahzadə Məhəmməd bin Əbdüləzizin adını daşıyan hava limanının sahəsi 4 miyon kvadrat metrdir. Yeni hava limanında 36 lift, 28 ekskalator və yük üçün 23 konveyer nəzərdə tutulub. Həmçinin sərnişinlərin hərəkətini asanlaşdırmaq üçün 6 ədəd xarici terminal da tikilib.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Mədinə, buradan buraya qədər (göstərilir) haramdır. Onun ağacı kəsilməz və orada zülm (bidət, yaxud günah) edilməz. Kim (orada) zülm (bidət, yaxud günah) edərsə, ona Allahın, mələklərin və bütün insanların lənəti olsun”. (Buxari 1768)