Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə Ərəbistanının hədəfi 2030-cu ildə 30 milyon zəvvar qəbul etməkdir

May 03
16:27 2016

Səudiyyə Ərəbistanı ölkəsinə daha çox sayda zəvvarın gələ bilməsi üçün bir çox layihələri həyata keçirməyi planlaşdırır.

Son məlumatlara görə, hələ keçən il 8 milyon nəfər zəvvar Ümrə ziyarəti üçün müqəddəs torpaqları ziyarət edib.

“Sələf Xəbər” Anadolu Agentliyinə istinadən bildirir ki, Səudiyyə Ərəbistanı dövləti “Vision 2030” çərçivəsi daxilində həyata keçirəcəyi layihələrlə bu sayı hər il artıraraq 2020-ci ildə 15 milyon, 2030-cu ildə isə 30 milyon zəvvar qəbul etməyi düşünür.

Sağlamlıq, nəqliyyat, turizm infrastrukturunun yenilənməsi, eləcə də İslam Mədəniyyət Muzeyinin qurulması kimi həyata keçiriləcək mədəni və ictimai layihələrlə müqəddəs torpaqlara Ümrə ziyarəti üçün gələcək zəvvar sayının daha da artacağının gözlənildiyi qeyd edilir.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari)

Uca Allah buyurur: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 97-ci ayə)

Digər xəbərlər