Səudiyyə Ərəbistanının İranın Həccə zəvvar göndərməməsi ilə bağlı bəyanatı
1. 070 dəfə baxılıb
“İranın Həcc və Ziyarətlər təşkilatının nümayəndə heyəti Həccin təşkili məsələlərinə dair protokolu imzalamaqdan imtina etməsi səbəbindən öz vətəndaşlarının bu il Həcc ziyarətini yetirə bilməyəcəyinə görə öncə Allah qarşısında, sonra isə öz xalqı qarşısında məsuliyyət daşıyır”.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyindən, verilən məlumata görə, bu barədə bu ölkənin Həcc və Ümrə Nazirliyinin İranın Həcc və Ziyarətlər təşkilatının bu il öz zəvvarlarının ziyarət məsələlərinə dair protokolu imzalamaqdan imtina etməsi ilə bağlı bəyanatında deyilir.
Bildirilir ki, kral Salman bin Əbdüləziz Al Səud hökumətinin səyi ilə İranın Həcc və Ziyarətlər təşkilatının rəhbəri və onu müşayiət edəcək nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına gəlməsi və bu il iranlı zəvvarların Həcc ziyarətini yerinə yetirmək üçün gəlişlərinin təşkil olunması üzrə son protokolu imzalamaq istəyi təmin edilib:
“Nümayəndə heyəti rəsmən qarşılanıb, qonaq kimi qəbul edilib, bütün işləri razılaşdırılıb və Ümrə ziyarətini yerinə yetirmələrinə şərait yaradılıb. Sonra 25-25 may 2016- cı il tarixlərində ardıcıl toplantılar keçirilib. Həcc və Ümrə Nazirliyi İranın Həcc və Ziyarətlər təşkilatının tələb etdikləri bütün məsələlərə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin razılıq verdiyi mexanizm üzrə vizaları elektron formada İranda vermək, zəvvarları həm İran Hava yolları şirkəti, həm də Səudiyyə Ərəbistanı Hava yolları şirkəti ilə yarı-yarıya daşımaq və İran nümayəndə heyətinin öz zəvvarlarının maraqlarını qorumaq üçün İsveçrə səfirliyinin diplomatik təmsilçiliyə icazə verilməsi haqqında tələbinə razılıq vermək kimi həll variantları təklif edib. Bununla belə 27 may 2016-cı il tarixində İran nümayəndə heyəti öz zəvvarlarının təşkilati məsələləri haqqında protokolu imzalamadan ölkəni tərk etmək istədiyini bildirib. Həcc və Ümrə Nazirliyi bildirir ki, Həcc mərasiminin siyasiləşdirilməsi və ya dinlə alver edilməsi Krallıq tərəfindən qəti rədd edilir. Allahın müqəddəs evinin ziyarətçilərinin maraqlarına xidmət edəcək bütün məsələlərdə əməkdaşlıq etməyə və onların gəlişini asanlaşdırmaq üçün tədbirlər görməyə daim hazırıq”.
Sələf Xəbər: Uca Allah buyurur: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 97-ci ayə)