Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz əl Səud oldu
Yanvar 23
18:47
2015
1. 230 dəfə baxılıb
Səudiyyə Ərəbistanının 91 yaşlı altıncı kralı Abdullah bin Əbdül Əziz əl Səud ötən gecə vəfat etdikdən sonra taxta yeddinci kral Salman ibn Əbdül Əziz əl Səud çıxıb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının dövlət telekanalının efirində elan edilib.
Kral Salman ibn Əbdül Əziz əl Səudun 79 yaşı var. O, 2012-ci ildən ölkənin Müdafiə naziri vəzifəsində çalışıb. Bundan əvvəl isə o, paytaxt Ər Riyad əyalətinin qubernatoru olub.
Sələf Xəbər: Görkəmli İslam alimi, Həsən Əl-Basri (Allah ona rəhmət etsin) rəhbərlər barəsində bunları deyirdi: “Onların səbəbi ilə aşağıdakı beş şey baş verir: Cümə namazı, məscidlərdə camaat namazları, bayramların qeyd edilməsi, sərhədlərin düşmənlərdən müdafiəsi və cinayətkarlara qarşı cəza tədbirlərinin görülməsi. Allaha and olsun ki, yalnız rəhbər olduğu halda İslam düzgün etiqad edilə bilər. Hətta, əgər onlar ədalətsizliyə yol verərlərsə belə. Allaha and olsun, Allah elə edir ki, onlardan ziyandan daha çox xeyir gəlir. Və Allaha and olsun, onlara tabe olmaq xeyirdir, onlara qarşı itaətsizlik isə – küfrün əlamətlərindəndir.” (“Ədabul Həsən Əl-Basri”)