Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə İŞİD-lə mübarizədə rolunu artırmaq niyyətindədir

Fevral 12
18:04 2016

Səudiyyə Ərəbistanı İŞİD-lə mübarizədə rolunun artırlmasını təklif edib.

Səudiyyə Ərəbistanı ABŞ-a İŞİD terror xəvaric qruplaşması mübarizədə köməyinin artırılmasını təklif edib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, Pentaqonun nümayəndəsi Sem Kukun sözlərinə əsasən, rəsmi Ər Riyad İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizədə öz hərbi tövhəsini genişləndirməyi təklif edib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı əsasən İŞİD terror xəvaric qruplaşması mövqelərinə endirilən hava zərbələrində rolununun artırlmasını təklif edib.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanı ordusunun briqada generalı Suriyaya quru qoşun kontingentinin göndərilməsinin planlaşdırıldığını bildirib.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər