Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə Kralı suriyalılara 5 milyon dollar bağışlayıb

Dekabr 30
15:30 2016

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud suriyalılar üçün ölkə daxilində kütləvi yardım kampaniyasının başladılması haqqında fərman imzalayıb. Kral həmçinin, şəxsi vəsaitindən Suriya əhalisinə yardım məqsədilə 20 milyon rial (5 milyon dollar) ayırıb. Onun ardınca suriyalılara yardım üçün Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi, Daxili İşlər naziri Muhamməd bin Nayef 10 milyon rial (2 milyon dollar), Müdafiə naziri Muhamməd bin Salman isə 8 milyon rial vəsait ayırıb.

Selefxeber.az-ın Ansar.ru-ya istinadən xəbərinə görə, bu barədə kral dəftərxanası məlumat yayıb. Məlumatda bildirilir: “Suriyadakı qardaşlarımızın, xüsusilə Hələbdəki qaçqınların necə əziyyətlərə məruz qaldığını nəzərə alaraq, Səudiyyə kralı ölkənin bütün bölgələrində yardım kampaniyasının təşkil olunması haqqında göstərtiş verib”.

Bundan əlavə olaraq, Səudiyyə dövləti humanitar yardım məqsədilə 100 milyon rial ( 26 milyon dollar) ayıraraq, Suriya yaralılarının müalicəsi və onların düşərgələrdə yerləşdirilməsi, onlara tibbi və digər yardımlar göstərmək niyyətindədir.

Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Müqəddəs Quran, “Maidə” surəsi, 2-ci ayə)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah-Təala da onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”. (Müslim 4/ 2074/ № 2699)

Digər xəbərlər