Səudiyyə Kralı ultimatum verib
2. 091 dəfə baxılıb
Səudiyyə Ərəbistanı Kralı Salman digər ölkələrə ultimatum göndərib.
“Sələf Xəbər” Teleqraf.com-a istinadən xəbər verir ki, Kral Salman ölkənin paytaxtı Riyadda bir festivalın açılışında çıxış edib.
Məlumata görə, Kral digər ölkələri Səudiyyə Ərəbistanının daxili işlərinə qarışmamağa səsləyib.
Kral Salman “Başqalarının işinə qarışmadan özümüzü müdafiə etmək haqqımızdır. Torpaqlarımızı müdafiə, müstəqilliyimizi və hökumət sistemlərimizi qoruma məsələsində ərəb və müsəlman qardaşlarımızla əməkdaşlıq edirik” sözlərini ifadə edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfin-dən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 155-157-ci ayələr)
“Uca Allah bildirir ki, Onun qulları mütləq sınaqlara məruz qalacaqlar və bunun sayəsində doğruçu insanlar yalançılardan, səbirsizlər isə səbirlilərdən fərqlənəcəklər. Uca Allah qulları ilə həmişə belə davranır, çünki möminlər uzun müddət imtahana çəkilmədikdə, onlara yalançılar qoşulmağa başlayır ki, bu da xoşagəlməz nəticələrə aparır. Bax buna görə Allahın müdrikliyi tələb edir ki, iman sahibləri yaramazlardan ayrılsınlar və sınaqların böyük faydası da elə bundadır. Sınaqlar möminlərin imanına xələl gətirmir və əsil müsəlmanları onların dinindən döndərmir və bununla Allah möminlərin imanının yox olmasına heç vaxt imkan vermir. Allaha məxsus olan və hökmən Ona qayıdacaq qulların vəziyyəti bizdən dözümlü və səbirli olmağı tələb edir”.(Bax: “Təfsir Əs-Saadi”)