Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə Krallığının baş müftisi əsrimizin xəvariclərindən danışdı

Sentyabr 22
15:03 2014

“Sələf Xəbər” Əl-Mədinə qəzetinə istinadən yazır ki, Səudiyyə Ərəbistanı krallığının müftisi, Böyük Alimlər Məclisinin və Elmi Araşdırmalar və Fətva Mərkəzinin başçısı Əbdüləziz ibn Abdullah Əli Əş-Şeyx “İŞİD” terrorçu qruplaşmasını “əsrimizin xəvaricləri” adlandıraraq bunları deyib:

“Onlar insan qatilləridir, günahsızları öldürməklə məşğuldurlar və qan axıtmaqdan başqa heç bir şey anlamırlar. Bu xarabetmə və dağıtma üçün yaranmış pis bir təriqətdir. Onlar yol kəsənlər və yolunu azmışlar yığnağıdır. İnsanlara bütün bunları bəyan etmək, zəlalətlərini və səhv yolda olduqlarını açıqlamaq vacib bir əməldir. Onların həqiqətlərini bəyan etmək və o həqiqətlərini insanlara açıqlamaq lazımdır ki, insanlar onlara, onların ad və şüarlarına aldanmasınlar.”

Müfti “Milli dəyərlərin güclənməsində məscidin rolu” adlı toplantıdakı çıxışında qeyd edib ki, Ərəbistan Krallığında olan tədrisə və tədris kitabları haqqında iddialara cavab verərək bunları deyib: “Terroru tədris dərslikləri ilə bağlamaq səhv və iftiradır. Əksinə Krallıqda olan tədris şər işlərdən çəkindirir və xeyir işlərə yol göstərir.”

Əbdüləziz Əli Əş-Şeyx bəyan edib ki, siyasəti anlamaq çətindir, onun zahiri və batini vardır: (Dini məsələlərdə) “Siyasət yolu ilə cəmiyyətə müraciət etmək istəyən kəs buna nail olmaz.”

Məscidlərdə səslənən xütbə və moizələrlə bağlı isə bu tövsiyələri edib:

“Camaata müraciət edən vaiz bəzi siyasi durumlara aydınlıq gətirmək istəsə də, doğruya müvəffəq olmaya bilər və insanlar da ondan yararlanmaya bilər. İnsanlar qarşisinda çıxış edən vaiz insanları şərdən, pislikdən, pis fikirlərdən, azmış əqidələrdən çəkindirmək üçün özündə olan məlumatlara əsasən boykot etmək və çəkindirmək üslubundan (tərhibdən) istifadə etsin, azğın qruplardan və partiyalardan çəkindirsinlər. Mütləqdir ki, dediklərini elmi bir üslubda etsinlər. O cümlədən səhvləri bəyan edərək Quran və Sünnəyə əsasən müalicə etsinlər.”

“…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.”

Müqəddəs Quran, “Maidə” surəsi, 32-ci ayə

Digər xəbərlər