Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə müdafiə naziri: “İran İslam dünyasına ağalıq etmək istəyir”

May 03
17:27 2017

Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud hesab edir ki, “İranın İslam dünyasına ağalıq etmək istəyi” rəsmi Ər-Riyadla Tehran arasında münasibətlərin qurulmasına maneədir.

Selefxeber.az xəbər verir ki, “Oxu.Az”ın məlumatına görə, nazir bu barədə MBC telekanalına iki ölkə arasında gələcəkdə əlaqələr qurulmasına dair imkanlar barədə suala cavab verərərkən bildirib.

“İran İmam Mehdinin gəlişini gözləyir. İranlılar hesab edirlər ki, o, İslam dünyasını idarə edəcək, və onlar İmam Mehdinin gəlişi üçün müvafiq şərait qurmalıdırlar”, – Məhəmməd bin Salman deyib .

Qeyd edək ki, telekanal müsahibədən ayrı-ayrı fikirləri Twitter sosial şəbəkəsində paylaşıb.

Digər xəbərlər