Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə vətəndaşı “İŞİD”-dən qaçıb

Sentyabr 23
19:19 2014

“Sələf Xəbər” alarabiya.net saytına istinadən bildirir ki, Səudiyyə Ərəbistan vətəndaşı Əhməd əl-Muteyri “İŞİD” terror xəvaric qruplaşmasının sıralarından ayrılaraq onlardan qaçıb.

Onun qardaşı Xalid əl-Muteyrinin sözlərinə görə, qardaşı Əhmədin terror qruplaşmasından qaçmasına başlıca səbəb “İŞİD” başçılarının narkotik maddələr qəbul etməsi, qadınları əsir tutaraq zorlamaları və müsəlmanları öldürmələridir.

“Əl-Həyat” qəzeti Əhməd əl-Muteyrinin, hətta ölümündən əvvəl kəlmeyi-şəhadəti deyən müsəlmanların başlarının kəsilməsinin şahidi olduğunu yazır.

 Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi, mərhum Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (ona salavat və salam olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120).

Digər xəbərlər