Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə “yer-hava” tipli raketlə Suriyada müxalifətin gücünü dəyişə bilər

Fevral 20
17:37 2016

Səudiyyə Ərəbistanı Suriya müxalifətini “yer-hava” tipli raketlə təmin edə bilər.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Şpigel” qəzetinə müsahibəsində Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Adil Cübeyr deyib. Onun sözlərinə görə, bu həyata keçirilərsə, silahların yanlış əllərə düşməməsinə ciddi nəzarət etmək lazımdır:

“Bu raketlər müxaliflərin rejimin təyyarə və qırıcıları ilə mübarizə aparmasına yardım edəcək. Müxalifətin “yer-hava” tipli raketlə təchizi Əfqanıstanda olduğu kimi Suriyada da güc balansını dəyişəcək. Lakin silah təchizi barədə qərar İŞİD terror xəvaric qruplaşmasına qarşı beynəlxalq koalisiya tərəfindən təsdiq olunmalıdır”.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər