Səudiyyədə 135 terrorçu həbs olundu
743 dəfə baxılıb
Səudiyyə Ərəbistanında 135 nəfər həbs olunub. Onlar terrorçu hücumlar təşkil etməklə ölkədə iğtişaşlar yaratmağa cəhddə ittiham olunurlar.
Həbs olunanlar arasında yabançılar da var. Belə ki, onlardan 16 nəfəri suriyalı, 3 nəfər isə yəmənlidir. Tutulanlar arasında misirli, livanlı, əfqan, bəhreynli və iraqlı da var.
“Sələf Xəbər” Cumhuriyyet.az-a istinadən xəbər verir ki, Krallığın Daxili İşlər Nazirliyinin mətbuat katibi Mansur Türki “Al Arabiya” TV kanalına açıqlamasında bu barədə məlumat verib.
Qeyd olunub ki, həbs olunanlardan 21 nəfəri silah qaçaqmalçılığında günahkar bilinir. 54 nəfər isə terrorçu qruplara könüllü döyüşçülər və maliyyə toplamaqda ittiham olunur. Bomba hazırlamağa, qadağan olunmuş ədəbiyyatı yaymağa görə tutulanlar da var.
Tutulanları Körfəz ölkələrindən kənarda terrorçular üçün təlim-məşq mərkəzləri təşkil etməkdə də günahlandırırlar.
“Al Arabiya” bildirir ki, İŞİD terror xəvaric qruplaşması Suriya və İraqda işğala başladıqdan sonra Səudiyyə Krallığı terrorla mübarizəni daha da sərtləşdirib. Krallıq təkcə avqust ayında BMT-yə terrorla mübarizə üçün 100 milyon dollar ödəyib.
Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)
Orta əsrlərin böyük İslam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir və məhz buna görə Uca Allah bunu qadağan etmişdir.”
Beləliklə, bu gənc ekstremist-xəvariclər güman edirlər ki, fəsad törədərək, onlar bununla, sanki yer üzündə nizam qururlar. Belə ki, Uca Allah belə cinayətkarları Quranda belə yada salır: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Qurani-Kərim, “Bəqərə” surəsi, 11-ci ayə)
Uca Allahdan bütövlükdə müsəlman ümmətini və xüsusilə, bizim ölkəmizi, bütün ekstremistlərin şərindən qorumasını istəyirik. Amin!