Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyədə cavanları yoldan çıxardan dəstə tutulub

Avqust 27
15:53 2014

“Sələf Xəbər” alarabiya.net saytına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi gəncləri İŞİD-ə qoşulmağa çağıran 8 nəfərdən ibarət dəstənin bu günlərdə ələ keçirildiyini açıqlayıb.

Nazirliyin sözçüsü polis mayoru Mənsur Türki bu cür cinayətkarlara qarşı lazımi tədbirlərin bundan sonra davam etdiriləcəyini bəyan edib.

Mənsur Türkinin sözlərinə görə, adıçəkilən dəstəyə qarşı əməliyyat Timir bölgəsində keçirilmiş və insanları, xüsusən azyaşlı vətəndaşları aldadaraq xarici terror qruplaşmalarına qoşulmağa çağıran dəstənin üzvləri olan 8 Səudiyyə Ərəbistanı vətəndaşı saxlanılaraq həbs edilmişdir.

Nazirliyin sözçüsü vurğulayıb ki, dəstənin vaxtında həbs olunmasına bəzi valideynlərin ayıq-sayıqlığı kömək olub. Belə ki, valideynlər, övladlarının terrorçuluğa sürükləndiyini hiss edib, təhlükə barədə aidiyyəti qurumlara xəbər verib. Araşdırmadan sonra bütün bunların həqiqət olduğu üzə çıxıb və dəstə üzvləri saxlanılaraq qanunla nəzərdə tutulan tədbirlər görülməsi üçün məhkəməyə sövq edilib.

Bu xəbərlərə münasibətini bildirən “təkfir qrupları” üzrə mütəxəssis Mənsur Şihri yerli telekanallardan birinə müsahibəsində qeyd edib ki, bu cür hallarda valideynlərin rolu önə çıxır: “Qonşu ölkələrdə cərəyan edən hadisələr valideynlərin bu məsələlərdə diqqətli və ehtiyatlı olmasını daha da vacib edir. Əmin-amanlıq və təhlükəsizlik məfhumlarının vacibliyini bu hadisələr fonunda dərk etməyi labüd edir.”

“Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub (insanları doğru yoldan) azdırırlar”

(Müqəddəs Quran, “Ənam” surəsi, 119-cu ayə)

Digər xəbərlər