Səudiyyədə Həcc mövsümündə xidmət göstərən qüvvələrin paradı keçirilib – VİDEO
728 dəfə baxılıb
Səudiyyə Vəliəhdi: “Həcc mövsümünə xələl gətirəcək hər maneənin qarşısını almaq gücündəyik!”
Səudiyyə Vəliəhdi qeyd edib ki, Krallıq həcc mövsümünə xələl gətirəcək istənilən maneəni dəf etmək bacarığındadır. O, həmçinin həcc mövsümünü siyasətə və təbliğata qatmamağı tövsiyə edib.
“Sələf Xəbər”in xarici mediaya istinadən məlumatına görə, Həcc Ali Liqasının rəhbəri Əmir Məhəmməd bin Nayif bin Əbdüləziz Ali Səud qeyd edib ki, İki Müqəddəs Məscidin Xadimi Kral Salman bin Əbdüləziz Ali Səudun rəhbərliyi altında Səudiyyə Ərəbistanı Krallığı bu il həcc mövsümünün uğurla keçməsi üçün lazım olanı edir.
Ötən illərdə olduğu kimi bu il də mövsümün uğurlu keçməsi, Allahın evini ziyarət etmək üçün gələn hacıların İslamın beş əsasından birini rahatlıqla yerinə yetirmələri üçün bütün qüvvələr səfərbər edilmişdir. Əl-Həram məscidinin genişləndirilməsi də bu istiqamətdə atılan addımların bariz nümunəsidir. Bu genişləndirmədən sonra əvvəlki illərdən üç dəfə çox hacı ziyarətə gələ biləcəkdir. Həcc ayinlərinin icra edildiyi hər yerdə eyni istiqamətdə fəaliyyət davam edir.
O, həmçinin ötən günlərdə baş vermiş qəzaya da münasibətini bildirib. Vəliəhd ölənlərə rəhmət diləyərək xəsarət alanların tezliklə sağalmasını arzu edib. O, hadisənin fəsadlarının aradan qaldırıldığını və hacılar üçün heç bir maneənin olmadığını deyib.