Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyədə terrorçuluqda şübhəli bilinən 88 nəfər saxlanılıb

Sentyabr 03
17:23 2014

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında krallıq ərazisində və xaricində terror aktlarının təşkilində şübhəli bilinən 88 nəfər həbs olunub. Bu barədə Səudiyyə Ərəbistanın DİN-in məlumatında bildirilir.

Məlumatda qeyd olunub ki, həbs olunan şəxslərin əksəriyyəti analoji ittihamlar üzrə əvvəllər həbs cəzasına məhkum edilib.
Həbs olunan şəxslər bir neçə ay ərzində izlənilib.

 Sələf Xəbər: XX-ci əsrin digər məşhur sünni ilahiyyatçısı, mərhum İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir” (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47).

Digər xəbərlər