Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyəli milyarder Racihi kasıblığı tərcih etdi – VİDEO

Mart 04
18:08 2015

Məhşur milyarder Süleyman ər-Racihinin muzeyində olan 70 il bundan əvvəlki taxta kassa aparatına baxdıqda insan istər-istəməz onun kasıblıq illərini yad etmiş olur.

“Sələf Xəbər” alanba.com.-a istinadən bildirir ki, o zamandan bəri Süleyman ər-Racihi nail olduğu böyük müvəffəqiyyətlərlə qazandığı sərvətlərindən ticari layihələr, daşınmaz əmlaklar və müxtəlif mülklər əldə edib.

Buna baxmayaraq, o, beş il bundan əvvəl malını övladları arasında bölərək, “Dəvacin əl-vataniyyə” , “əl-Vataniyyə li ər-rubyən” “əl-Vataniyyə əz-ziraiyyə” kimi və digər böyük layihələri xeyriyyə üçün Allah yolunda vəqf etmişdir.

Süleyman ər-Racihi “əl-Arabiyya” kanalına verdiyi müsahibəsində beş il bundan öncə malını böldüyü andan bəri onun kimi xoşbəxt kəsin olmadığını demiş və mülkünü övladları arasinda bölərək böyük bir hissəsinin də Allah yolunda vəqf etdiyinə görə bir an da belə peşman olmadığını bildirib. Hal-hazırda vəqf üçün çalışaraq onu böyüdüb inkişaf etdirdiyini və bu vəqfin inkişafında övladları ilə xeyriyyə işlərində ” rəqabət” apardığını qeyd edib.

Əvvəllər gündə 18 saat çalışan və artıq 90 yaşa çatan Racihi iş saatını artıq azaltmış və yalnız bu işdə yönəldici və nəzarətçi olduğunu söyləyib.

Onun oğlu professor Məhəmməd ər-Racihi deyir ki, atası Süleyman ər-Racihinin bütün toplantıları səhər saat altıda olur. Həmçinin, oğul Racihi atası Süleyman ər-Racihinin və əmisi Saleh ər-Racihinin 70 il bundan öncə Məkkədə pul dəyişmək üçün işlətdikləri taxtadan olan ilk aparatın da olduğu onlara mexsus xüsusi əşyaların muzeyini də qurmuşdur.

Bu muzeydə Racihinin öz şirkətlərinin inşa edilməsində istifadə etdiyi və xüsusən də, ən böyük sərmayələrindən olan məşhur “Racihi bankı” nın əşyaları saxlanır.

Həyatının əvvəlini kasıb yaşayan milyarder Süleyman ər-Racihi bu gün yenə də məhz öz istəyi və seçimi ilə kasıb yaşamağa qayıtmışdır.

🎬

Sələf Xəbər: Uca Allah buyurur: “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını )artırar. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”. (Qurani Kərim, “Bəqərə” surəsi, 261-ci ayə)

“Uca Allah qullarını öz mallarını Allah yolunda xərcləməyi və bu yolla gedərək Ona yaxınlaşmağa çağırır. Bu o deməkdir ki, möminlər öz mallarını müsəlmanların xeyrinə olan istənilən xeyriyyə layihələrinin həyata keçirilməsinə sərf etməlidirlər. Buraya habelə, ehtiyacı olanların, kasıbların və imkansızların xeyrinə ayrılan ianələr və sədəqələr da daxildir.

Belə ianələr və sədəqələr iki qat xeyir verir, axı, onlar nəinki, ehtiyacı olanların ehtiyacdan xilas olmasına səbəb olur, həm də ardıcıl olaraq yaxşı əməllər yerinə yetirilməsinə və Allahı məmnun edən işlərin görülməsinə səbəb olur. Onlara görə mükafat isə, yeddi yüz dəfə və daha çox artırıla bilər. Məhz buna görə Allah buyurur ki, O, istədiyi adama, onun qəlbində möhkəmlənmiş imanından, niyyətinin paklığından və sədəqələrinin verdiyi xeyirdən asılı olaraq, mükafatını artırır. Bir sıra yaxşı məqsədlərə yönəldilmiş sədəqələr uzun müddət bəhrə verir və onlardan gələn fayda müxtəlif olduğu halda, Allahın mükafatı həmişə edilən yaxşı əməlin növünə uyğun gəlir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər