Şeyx Abdullah əl-Mutlaq: Radikallıq bir bəladır
956 dəfə baxılıb
“Sələf Xəbər” alarabiya.net-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının Böyük Alimlər Məclisinin üzvü Şeyx Abdullah əl-Mutlaq bəyan etmişdir ki, radikallıq İslamın nüfuzuna xələl gətirir, dünyadakı müsəlmanlar da o radikallıqdan ziyan çəkmişdirlər.
Radikallıq baş alan zaman, hətta, qeyri müsəlman ölkələrin azlıq təşkil edən müsəlmanlarına da onun alovunun təsiri toxunur. O, bu sözləri Kral Əbdüləzizin milli dialoq mərkəzinin təşkil etdiyi “radikallıq və onun milli birliyə olan təsiri” haqqinda elmi konfransda çıxış edərkən deyib.
Bu mesele ilə bağlı şeyx əl-Mutlaq alarabiya.net- ə müsahibəsində qeyd etmişdir ki, radikallığın çoxu səmavi kitablarda olan faydalı sözləri səhv anlamaqla yaranır. Radikal çağırışlar edənləri dinləyən zaman görürük ki, şəriət dəlillərinə söykənərək Allahın əzəmətli ayələrini və Peyğəmbərinin (Allahın ona salavat və salamı olsun) sünnəsini sübut kimi gətirir. Belələri, səhv anlayış sahibidir. Nə dərin fikirləşmək üçün özünə fürsət verməmiş, nə də ki, Allah-Təalanın əhkamlarını mahiyyətinə vararaq anladıqlarını vəsf etdiyi alimlərdən soruşmamışdır.
Şeyx, həmçinin, demişdir ki, radikallıq adlanan bu bəlanı Qurani-Kərim həddi aşmaq saymışdır. Bunu bilməyimiz mühimdir ki, İslamın bir çox düşmənləri terroru İslamla bağlayırlar. Şeyx əl-Mutlaq son olaraq bildirmişdir ki, bu konfransda deyilən hər bir söz yazılaraq və qeyd olunaraq nəzərə alınacaq və müxtəlif yollarla bu olayın müalicəsi üçün istifadə edilməsinə çalışılacaqdır.
Sələf Xəbər: XX-ci əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir” (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47).