Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Şeyx Əbbad İŞİD xəvaric qruplaşmasının qondarma “xəlifəsi” barədə fikrini bildirdi

İyul 10
12:30 2014

SunnaPress.com xəbər verir ki, məşhur islam alimi şeyx Əbdul Muhsin əl-Əbbad (Allah onu qorusun) İŞİD xəvaric qruplaşmasının qondarma xəlifəsinə beyət etməyə dair fikrini bildirib.

Şeyxdən Səudiyyə Ərəbistan sakinlərindən Əl-Baqdadiyə beyət etmiş bəzi səfehlər haqqında soruşublar. Həmin insanlar onun “bütün müsəlmanların xəlifəsi” olduğunu deyirlər.

Buna cavab olaraq məşhur alim deyib: “Əslində onlar şeytana (iblisə) beyət ediblər”. Bunu şeyxin oğlu Əl-Həsən Əbdul-Muhsin Əl-Bədr iyulun 6-da öz twittere hesabında yazıb.

Xatırladaq ki, daha əvvəl “İraq və Şam İslam Dövləti” (İŞİD) xəvaric qruplaşması İraqda və Suriyada nəzarətdə saxladığı ərazilərdə islam xəlifəliyinin yaradılmasını bəyan edib.

İŞİD rəhbəri Əbubəkr Əl-Baqdadi özünü xəlifə və “bütün müsəlmanların lideri” elan edib. Xəvariclər audio müraciətlərində müsəlmanlara yeni rəhbərə “sadiq olacaqlarına” dair and içmələrini tələb ediblər.

Digər xəbərlər