Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Şeyx Kral Abdullah əl Səudun dəfnində iştirak edəcək

Yanvar 23
18:26 2015

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz əl Səudun dəfn mərasimində iştirak edəcək.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə QMİ-dən bildirilib.

Məlumata görə, Allahşükür Paşazadə bu gün dəfn mərasimində iştirak etmək üçün Səudiyyə Ərəbistanına yola düşəcək.
Mərasimdə, həmçinin, Milli Məclisin (MM) sədri Oqtay Əsədov iştirak edəcək. Bu barədə isə MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

 Sələf Xəbər: Dünya həyatı sınaqdan başqa bir şey deyildir. Uca Allah buyurur: “Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.” (Qurani-Kərim, “Mülk” surəsi, 2-ci ayə)

Digər xəbərlər