Şeyx Qeys ibn Məhəmməd əl-Şeyx Mübarək: “Yer üzünün bütün insanları qarşılıqlı dialoq prinsipi üzərində cəmlənə bilməsi mümkündür”
988 dəfə baxılıb
“Sələf Xəbər” alriyadh.com-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Böyük Alimlər Məclisinin üzvü Şeyx Qeys ibn Muhəmməd əl-Şeyx Mübarək “Kral Abdullah adına dinlər və mədəniyyətlər arası beynəlxalq dialoq mərkəzi” nə nəzarət etdiyini bildirərək demişdir:
“Bu mərkəz, təhqirlərdən uzaq olaraq dialoqun elmi və obyektiv olması üçün dialoqun və səviyyəli mübahisənin ən yüksək formasına başçılıq edir. Müxtəlif rəy və fikir əhlinin sülh içərsində birlikdə yaşama muhitinin yaratması üçün bu bərəkətli bir işdir. Sülh içərsində birlikdə yaşamaq tərzi radikallığa və zorakılığa qarşı müqavimət göstərmək üçün ən sərfəli yoldur. O cür yaşam tərzi müəssisələr və dini, fikri və mədəni beynəlxalq idarələr üçün daha da vacib bir əməldir. Yalnız öz dediyinə qane olmayan şəxs zorakılığa əl atar. Digərini qane etməkdə aciz olan kəsi bu xüsusiyyəti onu səsini qaldırmağa və ola bilsin ki, qarşısındakına hücum edərək alçaltmağa sürükləyir. Buna isə İslam şəriəti icazə vermir. Sülhsevər insanları qorxutmağa əl atmaq və din adı ilə zorakılığa çağırmaq yalnız aciz insanın işidir. Bu, ictimai bağlılığın bünövrəsini dağıdır və sonunda da qətlə, ziyan etməyə, uşaqları, qadınları və qocaları yurdlarından qaçqın salmağa gətirib çıxarır”.
Sonda isə o, İslam dəyərlərinə hörmət etməyə çağırmışdır. “O böyük dəyərlərə ki, yer üzünün bütün ümmətinin onun üzərində cəmlənə bilməsi mümkündür”.
Həmçinin, zorakılıqdan əl çəkməyə də səsləmiş və görüşərək gözəl şəkildə dialoq etmə fürsətini elmlilərə və mütəfəkkirlərə buraxmağı tövsiyə etmişdir. “Bu dialoq dünya alimlərinin və mütəfəkkirlərinin səyi ilə görüşmə, köməkləşmə və sülh əsasları üzərində həyata keçə bilər və elə biz də bu böyük konfransda buna nail olmağa çalışırıq” – demişdir.