Şeyx Xəlifə BƏƏ-dəki müsəlmanları yağış yağması üçün dua etməyə çağırıb
Noyabr 27
15:42
2014
939 dəfə baxılıb
“Sələf Xəbər” gulfnews.com saytına istinadən xəbər verir ki, BƏƏ-nin Prezidenti Şeyx Xəlifə bin Zayid əl-Nəhyan cümə axşamı ölkədə yaşayan müsəlmanları ölkənin bütün məscidlərində, ibadət yerlərində yağış yağması üçün qılınan “Salat əl-İstisqa” namazının qılınmasına və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Sünnəsinə müvafiq olaraq Allaha dua etməyə çağırıb.
Sələf Xəbər: Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabəsi Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, “Cümə günü Peyğəmbər (Allahın ona salavat və salamı olsun) minbərə xütbə oxumağa qalxarkən bir bədəvi ərəb minbərlə üzbəüz qapıdan içəri girir və hökm verilən yerə yönəlir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qalxıb onu qarşılayır. Köçəri ərəb deyir: “Ey Allahın Elçisi! Mal-dövlət, ailə-uşaq, mal-qara, qoyun-quzu əldən gedir. Allaha dua et ki, bizə yağış yağdırsın. Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) əllərini qaldırdı, hətta qoltuqlarının altının ağı göründü və dedi: “İlahi! Bizə yağış yağdır! Bizə yağış yağdır! Bizə yağış yağdır!” Adamlar da əllərini qaldırıb onunla birlikdə dua etdilər. Rəvayətdə Ənəs deyir: “Səma şüşə kimi idi. Onun arxasından buludlar bir-bir çıxıb diş kimi düzüldü. Buludlar səmanın mərkəzinə yığışdıqdan sonra yağış yağdı. Nəfsim əlində olana (Allaha) and olsun, o buludları elə düzdü ki, elə bil bunlar dağlar idi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) o qədər minbərdə qalıb dua etdi ki, mən yağış damcılarının onun saqqalından süzülüb düşdüyünü gördüm (Rəvayətdə həmçinin deyilir: “Külək qalxdı, buludlar ətrafa səpələndi. Sonradan bir yerə yığışdı, səmanın ağzı açıldı və ordan gur su axmağa başladı. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) minbərdən aşağı düşdü və namaz qıldı. Məsciddən çıxıb evə gedənəcən bərk islandıq. (Buxari).