Silahlılar redaksiyaya hücum edərək 6 nəfəri qətlə yetirib
Yanvar 30
16:17
2015
801 dəfə baxılıb
Sinay yarımadasında naməlum silahlı şəxslər Misirin “Əl Ahram” dövlət qəzetinin regional bürosuna hücum edərək 6 nəfəri qətlə yetirib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, insident Şimali Sinay əyalətinin paytaxtı Əl-Əriş şəhərində baş verib.
Hücumun yerli radikal dini qruplaşmalarından birinin üzvləri tərəfindən törədildiyi ehtimal edilir.
Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.” (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)