Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Sinay yarımadasında terror aktı: 26 Misir hərbçisi öldü

Oktyabr 25
16:02 2014

“Sələf Xəbər”-in İTAR TASS-a istinadən verdiyi xəbərə görə, Misirdə Sinay adasında sərhəd nəzarət-buraxılış məntəqəsində 2 ton partlayıcı quraşdırılmış avtomobil partladılıb.

Terrorçu-intiharçı Əl Əriş şəhəri yaxınlığında idarə etdiyi avtomobili NBM-ə çırpıb.

Partlayışın ardınca pusquda gizlənmiş silahlı dəstə silah və qumbaraatandan NBM-ə atəş açıb. Reaktiv mərmilərdən biri zirehli avtomobilə düşüb, avtomobildə olan döyüş sursatları partlayıb. NBM tamamilə dağıdılıb.

Misir Səhiyyə Nazirliyinin məlumatlarına görə, 26 hərbçi həlak olub, 40 nəfər yaralıdır. Qurbanların əksəriyyəti – Misir Ordusunun zabit və əsgərləridir, lakin aralarında parlayış vaxtı yaxınlığında olmuş mülki vətəndaşlar var.

Hərbiçilərlə yaraqlılar arasında davam edən atışma zərərçəkənlərin təxliyəsinə maneə törədib. Təcili yardım maşınları terror aktının törədildiyi yerə çətinlikdə yaxınlaşa bilib. Yaralıların çoxunun vəziyyəti ağırdır, buna görə həkimlər qurbanların sayının artacağını istisna etmir. Xəstəxanalarda qan çatışmazlığı olduğu üçün həkimlər yerli sakinləri qan vermə məntəqələrinə çağırır.

Bundan əlavə yaraqlılar Misir Ordusunun daha bir neçə dayaq məntəqəsinə hücumlar edib. Lakin morqlara ölənlərin demək olar hamısı intiharçının hücumuna məruz qaldığı nəzarət-buraxılış məntəqəsindən gətirilib. Digər hücumlarda ölən və yaralananlar haqqında məlumat yoxdur.

Hazırda Misir Ordusu Sinay yarımadasının şimalında terror aktını törətmiş yaraqlılara qarşı hərbi aviasiya, xüsusi xidmət orqanları və zirehli texnikanın cəlb edildiyi irimiqyaslı əməliyyat aparır.

 Sələf Xəbər: Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhusulət-təfsir, 1-ci kaset, A tərəfi).

Digər xəbərlər