Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Somalidə “Əş Şəbab”ın 50-dən çox üzvü öldürülüb

Yanvar 07
18:06 2015

Somalinin muxtar Putlend bölgəsinin təhlükəsizlik qüvvələri son bir həftə ərzində “Əş Şəbab” terror qruplaşmasının 54 üzvünü öldürüb, daha 46 nəfəri yaralayıb.

“Sələf Xəbər” APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Putlendin rəhbəri Abdivali Məhəmməd Əli bildirib.
Onun sözlərinə görə, əməliyyat zamanı qruplaşmanın səhra komandirləri Muxtar Abdinur Əhməd və Əhməd Abdi Məhəmməd əsir götürülüb.

Qeyd edək ki, son bir neçə ay ərzində “Əş Şəbab” terror qruplaşmasının bir neçə lideri ələ keçirilib.

 Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Bəz” 7/120)

Digər xəbərlər