Somalinin İsveçrədəki səfiri partlayış zamanı ölüb
Mart 28
18:08
2015
657 dəfə baxılıb
Hücum nəticəsində ümumilikdə 10 nəfər həlak olub.
Somalinin paytaxtı Moqadişoda oteldə baş verən partlayış nəticəsində Somalinin İsveçrədəki səfiri həlak olub.
“Sələf Xəbər” “Report”-a istinadən xəbər verir ki, polisin məlumatına görə, digər ölənlər polis əməkdaşlarıdır.
Ümumilikdə ölənlərin sayı 10 nəfər təşkil edir.
“Əş-Şabab” terror qruplaşması Somalinin paytaxtındakı partlayışa görə, məsuliyyəti öz üzərinə götürüb.
Sələf Xəbər: XX əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)