Son 2 ayda Məkkəyə 1,5 milyon zəvvar gəlib
1. 027 dəfə baxılıb
Ümrə mövsümü başlayandan bəri, 2016-cı ilin noyabr ayından etibarən bu günümüzə qədər Səudiyyə Ərəbistanı Krallığına ümrə ziyarəti üçün 1 444 765 sayda zəvvarın gəldiyi bildirilib.
Selefxeber.az-ın “Saudi Gazette” –yə istinadən xəbərinə görə, ümrə ziyarəti üçün 1 miyon 350 min nəfər zəvarın hava yolları, 90 min nəfərin quru yolu, 3921 nəfərin isə dəniz yolu ilə ölkəyə gəldiyi məlum olub.
Son 2 ayda gələn əcnəbi zəvvarların 30,61%-ni pakistanlılar, 17,91%-ni indoneziyalılar, 11,81%-ni hindlilər, 8,21%-ni isə malaziyalılar təşkil edib.
Həcc və Ümrə nazirinin müavini Muhamməd Abdul Rahman əl-Bijavi qeyd edib ki, ümrə mövsümü başlayandan bu yana zəvvarlara lazımi səviyyədə xidmət göstərildiyindən əmin olmaq üçün həcc xidmətləri təklif edən dövlət və özəl qurumları diqqətlə yoxlanılır.
Sələf Xəbər: Uca Allah buyurur: “Allah üçün həcc və ümrəni tam yerinə yetirin.”(Müqəddəs Quran, “Bəqərə” surəsi, 196-cı ayə).
Muhəmməd peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Bir ümrə, digər ümrəyə qədər baş verən günahların bağışlanması deməkdir” (əl-Buxari)