Son 2 ildə təslim olan PKK terrorçularının sayı açıqlandı
Sentyabr 10
19:15
2015
605 dəfə baxılıb
Türkiyənin Şırnak vilayətində 7 PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim olub.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Şırnak vilayət rəhbərliyindən verilən məlumata görə, bununla da son iki ildə təslim olan PKK üzvlərinin sayı 903-ə çatıb:
“21 mart 2013-cü il – 09 sentyabr 2015-ci il tarixlərində PKK-dan təhlükəsizlik qüvvələrinə 903 nəfər təslim olub. Təslim olan şəxslərlə bağlı bütün məlumatlar aidiyyəti orqanlara göndərilib”.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)