Son 30 ilin ən uzun oruc günləri bu il olacaq
783 dəfə baxılıb
2016-cı ildə, Şimal qütbündə yaşayan müsəlmanlar üçün bu ilin müqəddəs Ramazan ayı son 30 ildə günün uzunluğu baxımından müəyyən çətinliklər yaradır.
Günün uzun olmasına görə, burada yaşayan müsəlmanlar 22 saat oruc tutmalı olurlar. Qeyd edək ki, Ramazan ayında belə bir uzun saatda oruclu qalmaq son 33 ildə görünməmiş hadisədir.
Bundan əlavə, sinoptiklərin hava haqqında məlumatı və meteoroloji müşahidələrinə əsasən, Ramazan ayı bu il daha isti keçir.
Beləliklə, bu ay Ramazanın həm daha isti, həm də daha uzun olma səbəbilə daha agır keçdiyi qeyd olunur.
Müşahidələr onu da göstərir ki, oruc tutan əksər müsəlmanlarda Ramazandan sonra çəki artımı müşahidə olunur. Bunun səbəbi isə gün ərzində oruclu olan müsəlmanların iftar vaxtı daha kalorili və ehtiyac olduğundan daha artıq qida qəbul etməsidir.
Mənbə: İslam-Today
Sələf Xəbər: Şeyx Əbdüləziz Ali Şeyx gündüzləri 22 saata çatan ölkələrdə yaşayan müsəlmanların necə oruc tutmasına aydınlıq gətirərək demişdir:
“Əgər onların yaşadıqları yerdə gecə ilə gündüz seçilirsə, gündüzü oruc tutmalıdırlar. Uca Allah buyurur: “orucu gecəyə (gün batana) qədər davam edin.”
Əgər kimsə belə uzun günü oruc tutmaqda aciz olarsa, başqa vaxt həmin günü qəza edər.”