Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Sudan qaçqınları əziz qonağı kimi qəbul edir.

Dekabr 08
18:23 2015

Sudan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, ölkədə 60 000 suriyalı qaçqın yaşayır.

“Sələf Xəbər”in “Al Jazeera”-ya istinadən məlumatına görə, Sudan dövləti Suriya qaçqınlarının vizasız girişinə icazə verir və onlar bu ölkədə digər vətəndaşlarla bərabər səviyyədə bütün ictimai xidmətlərdən istifadə etmək hüququna malikdirlər. Bundan əlavə suriyalı qaçqınlara xüsusi şərtlər əsasında yaşayış üçün sənədlər də verilir.

“Suriyada inqilabdan sonra həyat daha da çətinləşdi və İŞİD xəvaric terror qruplaşması şəhəri ələ keçirdikdən sonra mən ailəmlə qaçmağa məcbur oldum. Burada heç kim bizə həqarətlə baxmır. Bizə burada çalışmaq və həyatımızı davam etmək üçün icazə verilir.” – Suriyadan qaçaq düşmüş 26 yaşlı Muhamməd bildirir, – “Biz burada BMT-dən olan müxtəlif insanlarla görüşməyə çalışırıq. Onların bəzisi İtaliyadan, bəzisi Almaniyadan, digərləri İsveçrə və Britaniyadan olan məsul şəxslərdir. Onlar bizə yardım edəcəklərini söz versələr də hələki dəyişən heç nə yoxdur. Bəzən BMT nümayəndələri ilə görüşmək üçün saatlarla gözləməli oluruq. Biz dilənçi deyilik, qaçqınıq!”.

Sudanda yaşayan Suriyadan qaçaq düşmüş 4 uşaq anası Leyla öz ölkəsi üçün həsrət çəksə də artıq ora qayıtmağın mümkünsüz olduğunu bilir.
“Heç kim öz vətənini tərk etmək istəməz. Lakin, artıq Suriya yox olmağa məhkumdur. Mənim 10 yaşlı oğlum İŞİD xəvaric terror qruplaşması üzvlərinin 50 nəfərin başlarının kəsdiyinin şahidi olub. Mən artıq Suriya haqqında xəbərlərə baxa bilmirəm. Çünki, orada qalan qohumlarım haqqında pis xəbərlər eşitməkdən qorxuram”, – deyə qadın bildirir. “Mən itirilmiş Suriya nəsli üçün kədərlənirəm, bizim övladlarımız bizim tariximizi, mədəniyyətimizi və ənənələrinmizi bilmədən böyüməyə məhkumdurlar”.

Burada yaşayan qaçqınların sözlərinə görə, digər ölkələrlə müqayisədə bu ölkədə onları qaçqın kimi yox, əziz qonaq kimi qəbul edirlər. Əlbəttə ki, onu da unutmaq olmaz ki, Sudan dövlətinin də öz problemləri yetəri qədərdir. Belə ki, ölkədə iqtisadi vəziyyət ağır olaraq qalır, ərzaq məhsullarının qiyməti də çox yüksəkdir.

Sələf Xəbər: Uca Allah buyurur: “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını )artırar. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.” (Qurani Kərim, “Bəqərə” surəsi, 261-ci ayə)

“Uca Allah qullarını öz mallarını Allah yolunda xərcləməyi və bu yolla gedərək Ona yaxınlaşmağa çağırır. Bu o deməkdir ki, möminlər öz mallarını faydalı biliklərin yayılmasına, Allah yolunda cihada hazırlaşmaya, müsəlman döyüşçülər üçün ləvazimatın və onların özlərinin hazırlanmasına və həmçinin müsəlmanların xeyrinə olan istənilən xeyriyyə layihələrinin həyata keçirilməsinə sərf etməlidirlər. Buraya habelə, ehtiyacı olanların, kasıbların və imkansızların xeyrinə ayrılan ianələr və sədəqələr da daxildir.
Belə ianələr və sədəqələr iki qat xeyir verir, axı onlar nəinki, ehtiyacı olanların ehtiyacdan xilas olmasına səbəb olur, həm də ardıcıl olaraq yaxşı əməllər yerinə yetirilməsinə və Allahı məmnun edən işlərin görülməsinə səbəb olur. Onlara görə mükafat isə, yeddi yüz dəfə və daha çox artırıla bilər. Məhz buna görə Allah deyir ki, O, istədiyi adama, onun qəlbində möhkəmlənmiş imanından, niyyətinin paklığından və sədəqələrinin verdiyi xeyirdən asılı olaraq, mükafatını artırır. Bir sıra yaxşı məqsədlərə yönəldilmiş sədəqələr uzun müddət bəhrə verir və onlardan gələn fayda müxtəlif olduğu halda, Allahın mükafatı həmişə edilən yaxşı əməlin növünə uyğun gəlir” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər