Sultanəhməd terrorunun arxasından Suriya kəşfiyyatı çıxıb
857 dəfə baxılıb
İstanbulun Sultanəhməd meydanında 1-i terrorçu olmaqla 11 nəfərin ölümünə səbəb olan qanlı teraktla bağlı həbs edilənlərin sayı 7-yə çatıb.
“Sələf Xəbər” Lent.az-a istinadən xəbər verir ki, polis və xüsusi xidmət orqanları tərəfindən yaxalanan 7 nəfərdən 3-ü Suriyanın kəşfiyyat orqanı olan “El Muhaberat”ın agentidir. Həmin şəxslər terroru Şanlıurfa-Ankara-İstanbul xətti üzrə planlaşdırıblar və bu yolla şəhərə gəliblər.
Bildirilir ki, “El Muhaberat” agentləri İŞİD terror xəvaric qruplaşması üzvü olan “canlı bomba”nı idarə ediblər və onun “təhlükəsiz şəraitdə” İstanbula daxil olmasını təmin ediblər. Həmçinin o da məlum olub ki, terrorçunun ilk olaraq işə salmağa çalışdığı partlayıcı qurğu partlamayıb. Bundan sonra o, digər qurğunu işə salıb.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi ibn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)