Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Sünni alimi İŞİD-i düşmən elan etdi, İŞİD taktikanı dəyişdi

Sentyabr 10
17:17 2014

Milli.Az “Azadlıq Radiosu”na istinadən bildirir ki, “İslam Dövləti” (İŞİD) terror xəvaric qruplaşması baş kəsmə və başqa növ edam cəzalarının icra olunmasının görüntülərini çəkməyə və internetdə yaymağa məhdudiyyət qoyur.

Xəvaric qruplaşmasının “İslam Dövləti Baş Komitəsinin” imzası ilə internetdə yayımlanan bəyanata görə, bundan sonra edamların foto və video çəkilişləri ancaq özəl icazə ilə çəkiləcək və internetdə yayımlanacaq. Bəyanatda, qaydanı pozanların cəzalandıracağı da qeyd olunub.

İŞİD-in DÜŞMƏNLƏRİ KİMDİR?
İŞİD-in sözçüsü Əbu Məhəmməd əl-Adnani “Youtube” vasitəsiylə yaydığı səs yazısında qruplaşmanın düşmənlərinin siyahısını da dəqiqləşdirib.

Səs yazısında bəyan edilib ki, qərblilər – xaç yürüşçüləri, İŞİD-ə tabe olmayan – işdə, əməldə, və ya sözdə onlara qarşı çıxan bütün sünnilər – “ kafir”, “Səvəfi” adlandırdıqları bütün şiələr isə “mürtəd” – islamdan sapanlardır.

İŞİD KİMLƏRİ ÖLDÜRÜR?
İŞİD-in açıqlamasına görə, ancaq onlarla döyüşən sünni kafirləri öldürəcəklər. Eyni zamanda şiələrin və ya xarici qüvvələrə yardım edən istənilən dinc sakinin də düşmən olduğu bildirilir.

SÜNNİ ALİMİ İŞİD-çiləri “SİONİST” ADLANDIRDI
Müsəlman dünyasının ən böyük sünni məktəbi sayılan Qahirədəki Əl-Əzhar Universitetinin rəhbəri Şeyx Amed əl-Tayyeb, İraq və Suriyada əraziləri ələ keçirən, istər özlərinə tabe olmayan müsəlmanlar, istərsə də başqa dinlərin nümayəndələrini kütləvi edam edildiyi görüntüləri paylaşan İŞİD yaraqlılarını “sionistlərə qulluq edən”, İslamı dünyanın gözündən salıb Ərəb dünyasını parçalamaq məqsədi güdən “quldurlar dəstəsi” adlandırıb.

Zəbt etdikləri torpaqlarda “İslam Xilafəti” elan edən İŞİD yaraqlılarının yəzidi kürdləri, İraqdakı şiə müsəlmanları və Suriyada özlərinə qarşı çıxan sünniləri təqib etməsi və edam görüntülərini internetdə yayımlamasından sonra dünyadakı bir çox müsəlman təşkilatları və dövlətləri onları islama ləkə gətirən cinayətkarlar adlandırır.

“Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”. (Muslim).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər