Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Suriya azərbaycanlısı: “İŞİD Türkiyədə qorxulu tədbirlər həyata keçirə bilər”

İyul 07
16:23 2015

“Türkiyə hərbi müdaxilə əvəzinə Suriyada Ankaraya yaxın qüvvələri dəstəkləyərək hədəflərinə çata bilər”.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə Suriya Türkmən Milli Hərəkat Partiyasının sədr müavini Tarıq Sülo Cevizci açıqlama verib. O, bu müdaxilənin çox riskli olacağını bildirib:

“Türkiyə hərbi müdaxilə əvəzinə Suriyada Ankaraya yaxın qüvvələri dəstəkləyərək hədəflərinə çata bilər. Türkiyənin Suriyaya müdaxiləsi çox zəif bir ehtimaldır. Əgər bu olarsa, Türkiyə çox böyük itkilər verəcək. Ölkə daxilindəki gizli qruplar dövrəyə girəcək və Türkiyə qarışacaq. Türkiyə İŞİD xəvaric terror qruplaşmasının hakim olduğu yerlərə müdaxilə edərsə, təşkilat Türkiyədə qorxulu tədbirlər həyata keçirə bilər. ABŞ, Rusiya, İran və Səudiyyə Ərəbistanının dəstəyi olmadan Türkiyə çətin vəziyyətdə qalacaq”.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər