Suriya əhalisi Raqqada İŞİD-ə qarşı üsyana qalxıb
898 dəfə baxılıb
Şəhər əhalisi terrorçulara qarşı çıxaraq bir neçə məhəllədə Suriyanın dövlət bayrağını qaldırıb.
“İslam Dövləti”- İŞİD terror xəvaric qruplaşması özünün “paytaxt”ı elan etdiyi Suriyanın Rakka şəhərinin əhalisi üsyana qalxıb. Şəhər əhalisi terrorçulara qarşı çıxaraq bir neçə məhəllədə Suriyanın dövlət bayrağını qaldırıb.
“Sələf Xəbər” Sputnik-ə istinadən xəbər verir ki, şahidlərin məlumatına görə, Rakkanın 5 məhəlləsində binaların üstündə Suriyanın dövlət bayrağı qaldırılıb.
Bundan sonra əhali iki məhəllədə Suriya ordusuna dəstək şüarları ilə kütləvi mitinqə çıxıb.
Mitinq başlayandan sonra nümayişçilərlə İŞİD terror xəvaric qruplaşması arasında amansız döyüş başlayıb. Nəticədə Rakka sakinlərinin xeyli sayda terrorçunu məhv etdiyi bildirilir.
Şahidlərin sözlərinə görə, martın 5-də şəhərin küçələrində terrorçuların öz arasında güclü atışma baş verib. Terrorçuların əsas qüvvələri 100-dək fərarinin qaçmasının qarşısını almaq üçün şəhərdən çıxışı bağlayıb.
Qeyd edək ki, İŞİD terror xəvaric qruplaşmasının “paytaxt” elan etdiyi Rakka şəhəri Suriyanın şimalında Fərat çayının sahilində yerləşir. Şəhər terrorçular tərəfindən 2013-cü ildə tutulub.
Hazırda Suriya hökumət ordusu kürd silahlıları ilə eyni vaxtda müxtəlif istiqamətlərdən Rakka şəhəri üzərinə hücumlar təşkil edir.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.