Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Suriya – Hələb uğrunda gedən qanlı döyüşlər – VİDEO

Avqust 04
16:42 2016

Suriya müxalifətini təmsil edən silahlı dəstələrdən sayılan “Fəth ordusu” Hələbin cənubunda iranlı dəstələrə qarşı əməliyyatlara başladığını bəyan edib.

“Əl-Cəzirə”nin məlumatına görə Fəth ordusu bir neçə gün ərzində Hələb şəhərinin qərbində bir neçə strateji əhəmiyyətli mövqeləri ələ keçirməyi bacarıb.

Fəth ordusunun məlumatına görə Hələbi mühasirədən xilas edəcək yolu ələ keçirmək üçün 4 km-lik məsafəni geri almaq lazımdır.

Hələbi mühasirədən azad etmək uğrunda gedən qızğın döyüşlər zamanı onlarla rejim əsgəri ölmüş, yaxud əsir düşmüşdür.

Qeyd edək ki, Suriya rejim qüvvələri və onlara dəstək olan iranlı dəstələr bir neçə gün öncə Kastillo yolunu ələ keçirdikdən sonra Hələb şəhərini tam mühasirəyə alıb.

🎬

Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).

Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar –məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).

Digər xəbərlər