Suriya hökumət qüvvələrinin əsgər və zabitləri qəfəslərdə canlı sipər edildi – VİDEO
1. 210 dəfə baxılıb
Suriyalı müxaliflər hökumət qüvvələrinin Doma şəhərinin dinc sakinlərini bombardman etməsinə cavab olaraq əsir düşmüş əsgər və zabitləri ailələri ilə birlikdə dəmir qəfəslərə salaraq bombardman edilən ərazilərə yerləşdirərək Bəşər Əsədə “buranı bombalasan, sənin adamların da bizimlə öləcəklər!”, “biz öləcəyiksə, onlar da öləcəklər!” – kimi şüarlar səsləndiriblər. Müxalif qüvvələr bu addımı dinc sakinləri hədəfləyən bombardmanın qarşısını almaq üçün etdiklərini deyiblər.
Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).
Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).