Suriya məsələsi Astanada müzakirə olunur
Fevral 16
16:14
2017
1. 078 dəfə baxılıb
Astanada Suriya nizamlanması üzrə danışıqların plenar sessiyası ərəfəsində nümayəndə heyətlərinin ikitərəfli görüşləri başlayıb.
Selefxeber.az-ın məlumatına görə, “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anuar Jaynakov məlumat verib.
Onun sözlərinə görə, müxalif qüvvələrin nümayəndə heyəti ilə görüş bir qədər sonra, nahara qədər olacaq.
Qeyd edək ki, İordaniya, BMT, Suriya hökumətinin nümayəndə heyəti və müxalifətin nümayəndə heyətinin iştirakı ilə Rusiya, İran və Türkiyə arasında danışıqların ikinci mərhələsi Astanada dünən başlayıb.
Plenar sessiyanın yerli vaxtla 12:00-da (Bakı vaxtı ilə 10:00) başlaması nəzərdə tutulub.