“Suriya məsələsi Türkiyə üçün ən yaxın təhdiddir”
803 dəfə baxılıb
İraq və Suriyadan sonra hədəf Türkiyədir.
Rusiya və İran Əsədi ayaqda saxlamağa çalışır, Avropa Suriya siyasətini seyr edir, ABŞ isə İslamdan təcrid olunmuş bir Suriya üçün mübarizə aparır.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzetinin yazarı İbrahim Karagül köşəsində yazıb. Rusiyanın Suriya siyasətini dəyərləndirən yazar çox önəmli məqamların üstünü açıb:
“İran məsələsində də eynilə bu cür etdilər. İndi eyni ssenarini Suriyaya tətbiq edirlər. Əsas plan üçün şəraitin yetişməsini gözləyirlər. Bunları bir kənara qeyd edin, görəcəksiniz, zamanı gəldikdə Əsədi elə özləri devirəcəklər. Bu baş verdikdə isə region çox vahiməli bir mənzərə ilə üz-üzə qalacaq. Gözlənilməz sürprizlər ortaya çıxa bilər. Türkiyəni və regionu əngəlləyib öz planlarına bizi də məhkum edəcəklər. Buna görə də Türkiyə və ona yaxın olan bölgələrlə bağlı iki yol xəritəsi hazırlanmalıdır. Çünki İraq və Suriyadan sonra savaşı Türkiyənin daxilinə yönləndirməyə çalışacaqlar. Yeni planın şifrəsini Şimali İraq üzərindən çözə bilərsiniz. YPG üzərindən yürüdülən Şimali İraq-Aralıq dəhlizinə yönəlik dönəmi diqqətlə izləsəniz, PKK ilə YPG-nin eyni olduğunun və bu iki təşkilatın Qərb ölkələri tərəfindən dəstəkləndiyinin şahidi olacaqsız. “Türkiyə cəbhəsini açın” deyənlər zaman yetişdikdə açıq savaş başladacaqlar. Türkiyə PKK ilə deyil, ölkələrlə savaşır. Nyu Yorkda taktiki gedişlər mübarizə apara bilər, ancaq Suriya məsələsi gələcəyin xəritəsini dəyişə biləcək və Türkiyə üçün ən yaxın təhdiddir”.
Sələf Xəbər: Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik. Amin!