Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Suriya Milli Koalisiyası: Suriya rejimi Hələbdə uğursuzluğa düçar oldu, çünki…

Avqust 08
17:10 2016

Selefxeber.az-ın “Alarabiya”ya istinadən məlumatına görə Suriya Milli Koalisiyasının başçısı Ənəs əl-Abdə bu gün mətbuat konfransında bildirib ki, müxaliflərin Hələb şəhərində əldə etdikləri qələbə sözün əsl mənasında möcüzədir. Rejim bu hücum qarşısında tab gətirə bilmədi. Çünki müxaliflər hamılıqla birləşmiş, bir ürək kimi olmuşdular. Nəticədə belə bir möcüzə hasil olmuşdur.”

O bildirib ki, “Hələb əhalisi hazırda həm torpaqları, həm də insanlığı azad etmək uğrunda döyüşür. Rejim bilməlidir ki, Hələb şəhərində müxaliflərin önündə tab gətirə bilməyəcək.”
O həmçinin bildirib ki, rejim qüvvələrində xidmət edən əsgər və zabitlərin təslim olmaq, öz xalqını qıran qoşundan əl çəkmək üçün hələlik vaxtları vardır.

O həmçinin dünya ictimaiyyətini də kəskin qınamış, onları müşahidəçi olmaqda günahlandırmış, Hələbdə və digər şəhərlərdə baş verən hadisələrə təcili və effektli müdaxilə etməyə səsləmişdir.

O həmçinin Ərdoğanın Rusiya səfərinə də münasibət bildirərək demişdir: “Ərdoğanın Rusiya səfərinə müsbət yanaşırıq. Türkiyə tərəfi bir daha bizi əmin edib ki, onların suriya inqilabına olan münasibəti dəyişməmiş, dost və qardaş Türkiyə prezidentinin də eyni fikirdə olduğunu vurğulamışlar.”

Sələf Xəbər: Uca Allahdan müsəlmanların bütün xeyirli işlərində müvəffəqiyyət diləyirik.

Digər xəbərlər