Suriya münaqişəsinin həllində yeni ümidlər yaranıb
824 dəfə baxılıb
“Sələf Xəbər”-in BBC Azərbaycanca-ya istinadən xəbərinə görə, Suriya münaqişəsində BMT vasitəçisi Steffan de Mistura böhranın həlli üçün yeni imkanların açıldığını deyib.
BBC-ə müsahibəsində Steffan de Mistura qeyd edib ki, İslam Dövləti terror xəvaric qruplaşması bütün tərəflər üçün təhlükə təşkil etdiyinə görə atəşkəs planları nəticə verə bilər.
BMT döyüşləri dayandırmağa və yardımın çatdırılması üçün “atəşkəs zonalarının” yaradılmasına səsləyib. 4 il davam edən Suriya vətəndaş müharibəsində 200 mindən artıq adam həlak olub.
İslam Dövləti terror xəvaric qruplaşması və əl-Qaidə terror təşkialtı ilə bağlı Nusra Cəhbəsi kimi üsyançı qruplar öz aralarında vuruşmaqla yanaşı Bəşər Əsədə sadiq qüvvələrə qarşı döyüşürlər.
Bu il koalisiya qüvvələri əsasən Suriyadakı İD terror xəvaric qruplaşmasının hədəflərinə hava zərbələri endirməyə başlayıblar. Cənab de Mistura BBC-ə müsahibəsində deyib ki, İD terror xəvaric qruplaşmasının meydana gəlməsi “müharibəyə başqa mövqedən baxmağa imkan verən yeni amilə çevrilə bilər”.
O deyib ki, getdikcə daha çox adam münaqişənin güc yolu ilə həll edilməsinin qeyri-mümkün olduğunu anlayır. BMT humanitar yardımın çatdırılması üçün bütün tərəfləri zorakılığı dayandırmağa və yerli miqyaslı atəşkəsə çağırmağa səsləməyi planlaşdırır.
Daha əvvəl Bəşər Əsəd hökumət və üsyançıların nəzarətində olan Hələb şəhəri üçün BMT-nin atəşkəs planını nəzərdən keçirdiyini bildirib. İndiyədək BMT nümayəndələrinin atəşkəsə nail olmaq cəhdləri nəticə verməyib.
Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)
Orta əsrlərin böyük islam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir, və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir, və məhz buna görə Uca Allah bunu qadağan etmişdir.”
Beləliklə bu gənc ekstremist-xəvariclər güman edirlər ki, fəsad törədərək, onlar bununla sanki yer üzündə nizam qururlar. Belə ki, Uca Allah belə cinayətkarları Quranda belə yada salır: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə).
Uca Allahdan bütövlükdə müsəlman ümmətini, və, xüsusilə, bizim ölkəmizi, bütün ekstremistlərin şərindən qorumasını istəyirik. Amin!