Suriya müxalif qüvvələri Hələb döyüşlərində 23 hizbullahçını əsir götürüb
Avqust 03
16:25
0206
1. 747 dəfə baxılıb
Selefxeber.az-ın məlumatına görə “Alarabiya” “Suriya Şəbəkəsi”nə istinadən bildirir ki, müxalif qüvvələrə aid olan dəstə Hələb uğrunda gedən döyüşlərdə Həmdaniyyə məhəlləsində Livan Hizbullah dəstəsinin 23 nəfər üzvünü əsir götürmüşdür.
Şəbəkənin məlumatına görə rejim qüvvələrinə məxsus bir dəstə də Ramusə adlı ərazidə əsir götürülüb, müxaliflərə təslim olmayanlar isə qətlə yetirilmişdir.
Bu hadisələr müxalif qüvvələrin “Hələbə görə qəzəb” adlı həmləsinin üçüncü günündə baş vermişdir. Bu gün həmlənin dördüncü günüdür. Bu günlər ərzində müxalif qüvvələr Hələb şəhərində xeyli irəliləyə biliblər.
Qeyd edək ki, Hələb uğrunda gedən döyüşlərə on mindən çox müxalif qüvvənin cəlb edildiyi deyilir.
Sələf Xəbər: Uca Allah müsəlmanları fitnə-fəsaddan, şərdən xilas etsin. Onlara əmin-amanlıq versin.