Suriya müxalifəti bir arada
Dekabr 09
17:17
2015
776 dəfə baxılıb
Suriyanın yüzə yaxın müxalif qüvvəsini təmsil edən nümayəndələr bu gün Səudiyyə Ərəbistanın ər-Riyad şəhərində bir araya gəliblər.
Məqsəd Suriya müxalifətini birləşdirmək və Bəşər Əsəd rejiminə qarşı vahid müxalifət yaratmaqdır.
Səudiyyə Xarici İşlər Naziri Adil Cubeyr nümayəndələri qarşılamış və onlara bu işdə uğurlar arzulamış, daha sonra konfrans zalını tərk edərək idarəçiliyi suriyalı müxaliflərə təhvil vermişdir.
Müzakirələrin cümə axşamına qədər davam etməsi gözlənilir.
Sələf Xəbər: İnsanların fikrini toplamaq və onları parçalanmaqdan qorumaq İslam şəriətinin əsas hədəfi və qayəsidir. Allah taala buyurur: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılma¬yın!…” (Ali İmran: 103).
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”).