Suriya müxalifəti Əsədin şəhərinə hücum etdi
Sentyabr 03
20:34
2015
748 dəfə baxılıb
Suriyada fəaliyyət göstərən “Əhraru Şam və Ceyşul İslam” (İslam Ordusu) qüvvələri eyni vaxtda paytaxt Dəməşq və Əsədin məmləkəti sayılan Lazkiyəyə hücum edib.
“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, ilkin məlumatlara görə, Dəməşqdə baş verən qarşıdurmalar zamanı 3 nəfər ölüb, 31 nəfər yaralanıb. Lazkiyədə yaranan qarşıdurmalarda isə 12 nəfər ölüb, 48 nəfər yaralanıb.
Əldə edilən məlumata görə, bu gün baş verən hücum 2011-ci ildən bəri müxaliflərin paytaxt ətrafında təşkil etdiyi ən böyük əməliyyatdır.