Suriya: Ceyşul İslam ordusunun rəhbəri öldürüldü – Suriya Müxalifəti isə yas tutdu – VİDEO
682 dəfə baxılıb
“Sələf Xəbər”in “alarabiya”ya istinadən məlumatına görə sosial şəbəkə istifadəçiləri hava hücumları nəticəsində qətlə yetirilmiş “Ceyşul İslam” ordusunun rəhbəri Zəhran Alluşun video görüntülərini yayımlayıblar.
Alluş “Ceyşul İslam”ın digər beş üzvü ilə Duma şəhərinin yaxınlığında yerləşən Otaya adlı bölgədə gizli toplantı keçirdikləri məkanda hava hücumuna məruz qalaraq hamısı birlikdə qətlə yetiriliblər.
Moskva rəhbərliyi hələlik “Ceyşul İslam” ordusunun rəhbərinin öldürülməsinə və hava hücumunun Rusiya təyyarələrinə məxsus olub-olmamasına münasibət bildirməyib.
Amma Alluşun qətlindən bir neçə saat öncə Rusiya Hərbi Hava Qüvvələrinin Həmuriyyə və Arabeyn bölgəsinə intensiv avia zərbələr endirməsi haqda məlumatlar yayılırdı.
Birləşmiş Suriya Müxalifəti isə öz növbəsində Alluşun qətlə yetirilməsinə görə yas tutduğunu elan edib və bəyanat yayıb. Bəyanatda deyilir:
“Rusiyanın həyata keçirdiyi hava hücumları terrorçularla mübarizə aparan müxalif qüvvələri zəiflətmək yolu ilə yalnız İŞİD-ə xidmət edir. Rusiyanın bu addımları BMT-nin siyasi həll istiqamətində apardığı strategiyanı məhv edir. Törədilən kütləvi qətllər Təhlükəsizlik Şurasının 2254-cü qərarına tam ziddir.”