Suriya ordusu Hələbi tam mühasirəyə aldı – təslim olmaq çağırışı
İyul 28
17:57
2016
803 dəfə baxılıb
Suriya ordusu Hələbin strateji Bəni Zeyd bölgəsini müxalif döyüşçülərdən azad edib. Bu bölgənin azad olunması ilə Hələbin mühasirəsi tamamlanıb.
Bu arada Suriya Prezidenti Bəşər Əsəd müxaliflərə təslim olmaq üçün 3 ay vaxt verib və təslim olanların əfv ediləcəyinə söz verib.
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bu gün səhər saatlarında verdiyi açıqlamada Suriya hökumətini əfv məsələsində zəmanət verməyə çağırıb.
Hələbin tam mühasirəyə alınmasından sonra Rusiya tərəfi mülki vətəndaşları xilas etmək üçün 3 dəhliz açılacağı barədə məlumat verib. Mütəxəssislərin ehtimalına görə Rusiyanın bu qərarından sonra əksər müxaliflər hökumətə təslim olacaqlar.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. Həqiqətən, O (Allah hamınızın sözlərini) eşidəndir, (niyyətlərinizi) biləndir!” (Qurani-Kərim əl-Ənfal surəsi, 61-ci ayə).