Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Suriya terrorçuları indi də Türkiyədə

İyun 27
11:07 2014

Milli.Az “Posta”-ya istinadən xəbər verir ki, Türkiyənin Şanlıurfa bölgəsində saxlanılan Suriya nömrəli avtomobilin baqajında bomba tapılıb.

İstehkamçıların bombanı zərərsizləşdirdiyi bir vaxtda hadisə ilə əlaqəli olan Harran Universitetinin təhlükəsizlik xidmətinin əməkdaşı İsmayıl İ. saxlanılıb.

Bombalı maşın Şanlıurfa-Mardin yolunun Köylü Kent sitesi adlanan hissəsində aşkarlanıb. Maşındakı bomba uzaqdan idarə olunan olub.

 Sələf Xəbər: XX-ci əsrin məhşur İslam alimi, mərhum İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir” (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47).

Digər xəbərlər